E-mail:

info@diaspor.gov.az

EN
RU

Niyaz Niftiyev: Fuad Muradov çox hazırlıqlı idi - AÇIQLAMA

Azərbaycanlıların edə bilmədikləri və yaxud da etmək istəmədikləri bir hadisə baş verdi.

Diaspor.az xəbər verir ki, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyev Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynaya səfəri çərçivəsində iki böyük diaspor təşkilatının bir araya gətirilməsi istiqamətində keçirdiyi görüşləri belə qiymətləndirib:

Dünən Kiyevdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təşəbbüsü ilə mühim bir hadisə baş verdi.

6 ildən çoxdur ki, ayrı-ayrılıqda fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədrləri əl sıxaraq birgə fəaliyyətə qərar verdilər. İki gün davam edən tədbirdə şəxsi islərimizlə bağlı Kiyevdə olduğumuzdan həmkarım Nicat Huseyn Daglarla birgə iştirak etdik. Ədalət naminə demək lazımdır ki, bu barışığa imza atan Komitə sədri çox gərgin işlədi. Məsələnin maraqlı tərəfi isə tamam başqa idi. F.Muradov bildirdi ki, mən bu qədər diaspor fəalının içində nə UABD sədri Hikmət Cavadovdan, nə də BUAK-nin sədri Rövşən Tagiyevdən xahiş edə bilərəm ki, bir-birinizdən üzr istəyin. Əlavə etdi ki, mən sizin yerinizə hər ikinizdən üzr istəyirəm…

Diğər mühüm məqam: F.Muradov çox hazırlıqlı idi. Hamını təmkinlə dinləyir, suallar verir, istədiyi cavabı almayana qədər əl çəkmirdi. Komitə sədri həm də pesəkarcasina bitərəflik nümayiş etdirir, “məni təşkilatlar deyil, bu işə can qoyan diaspor fəalları maraqlandırır” deyərək konkret mövqe ortaya qoyurdu. Hətta hesabat xarakterli çıxışlar edən vilayət nümayəndələrini təkliflər səsləndirməyə, problemlərdən çıxış yolları irəli sürməyə dəvət edirdi. Diqqət edin, bir neçə ildir bu ölkədəki səfirlərin, komitənin əvvəlki rəhbərliyinin,

Ukraynada yaşayan nüfuzlu azərbaycanlıların edə bilmədikləri və yaxud da etmək istəmədikləri bir hadisə baş verdi. MDB coğrafiyasında Ukrayna Rusiyadan sonra soydaşlarımızın daha çox məskunlaşdığı ölkələrdəndir. Məlumatlara görə, bu ölkədə 80-dən çox diaspor təşkilatları rəsmi qeydiyyatdan keçib. Təəssüf ki, onlardan yalnız ikisi daha fəaldır. Yerdə qalan diğər təşkilatlar barədə danışmaq çətindir. Bu təşkilatlar isə ayrı-ayriliqda fəaliyyət göstərirdi. F.Muradovu səyi nəticəsində ümummilli məsələlərdə, Azərbaycanla bağlı mühüm tədbirlərdə biz onları birgə görəcəyik. Əlbəttə ki, bu birliyi istəməyənlər dinc dursa…

Umumilikdə bu barışığa sevinən, bu jesti dəstəkləyən, ironiya ilə baxan, laga qoyan və müxtəlif bucaqlardan yanasan maraqlı tərəflər də bu və ya bu kimi birliklərin uzunmüddətli olmasına çalışmalıdir.

İnterpress.az