Macarıstandakı diaspora fəaliyyətimizə hər zaman maddiyat yox, vətənə, dövlətə qulluq baxımından yanaşmışıq

Ramiz Əmirli: "Diasporla İş üzrə Dövlət Komitəsi və eləcə də Azərbaycan dövlətinin pandemiya dövründə vətəndaşlarımızın yanında olmasının canlı şahidi olduq"

Qlobal səviyyədə ciddi problemə çevrilən koronavirus pandemiyası dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün də ciddi sıxıntılar yaradıb. Ancaq sevindirici hal ondan ibarətdir ki, Azərbaycan dövləti, onun müvafiq qurumları belə çətin günlərdə ölkəmizdən kənarda yaşayan soydaşlarımızın da dadına çata bilib, onlara müəyyən yardımlar edib. Bəs görəsən Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza yönəlik dəstəyi həmvətənlərimiz tərəfindən necə qarşılanıb? Ümumiyyətlə, koronavirus pandemiyası xaricdə yaşayan soydaşlarımıza nə dərəcədə problem yaradıb. Bu və ya digər suallarla

Qardaşlıq Azəri-Macar Birgə Cəmiyyətinin, Macarıstandakı diasporamızın sədri, Macarıstan Azərbaycan Evinin üzvü Ramiz Əmirli ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Ramiz Əmirli bu ölkədəki Azərbaycan diasporunun durumundan da söz açıb.

-Ramiz bəy, öncə bilmək istərdim ki, yaşadığınız ölkədə koronavirus pandemiyasının yayılma tendensiyası nə dərəcədədir və orada yaşayan azərbaycanlılar arasında virusa yoluxma halı qeydə alınıbmı?

-Öncəliklə fürsətdən istifadə edib bütün millətimi, dostları və doğmalarımı salamlayıram. Dünyanı ağuşuna alan bu dünyəvi bəladan ugurla çıxmaq üçün onlara birlik, həmrəylik və təmkinlik diləyirəm. Koronavirus pandemiyası dünya ölkələrində olduğu kimi Macarıstandan da yan kecməyib. İndiyə qədər 1917 xəstə qeydə alınıb. Bunun 1172 -i Budapeşt şəhərində, 745 nəfəri isə Macarıstanin digər bölgələrində müşahidə olunub. Təəssüflər olsun ki, macar səhiyyəsinin dünyavi səviyyədə olmasına baxmayaraq burada da 413 nəfər insan dünyasını dəyişiib. Amma, 933 nəfəri də sağalda biliblər. Ev şəraitində isə 571 nəfər saxlanılır. Qeyd etmək istəyirəm ki, macar höküməti çeviklik göstərib zamanında pandemiyanın qarşısını almaq üçün lazımi tədbirlər görə bildi. Hətta Avropanın heç bir ölkəsində omayan ən modern səyyar xəstəxana tikilib lazımi tibb ləvazimatlari ilə təchiz edildi. Macarıstanda hökümət karantin qaydaları tətbiq etmıyi lüzum görmədi. Amma, vətəndaşlar üçün müəyyən qadağalar həyyata keçirildi. Düzü bunlar da çox yüngül qadağalar idi. Məsələn, ictimai yerlərdə, mağazalarda, bazarda 1,5 metr məsafə saxlamaq, yaşləlarin səhər saatlarında, cavanların saat 12- dən sonra mağazalara təşrif buyurması və son zamanlar ictimai nəqliyyatda məcburən maska taxılması və s. Artəq ölkənin bütün bölgələrində qadağalar aradan götürülüb. Bunun yaxın zamanlarda Budapeşt şəhərində də baş verəcəyi gözlənilir.

-Məlumdur ki; pandemiya səbəbindən əksər ölkələrdə karantin rejimidir və iş yerləri bağlanıb. Təbii ki, bu durumdan Macarıstanda yaşayan soydaşlarımız da sıxıntı keçirir. Onlara hansı formada dəstək və ya yardım göstərilir?

-Macarıstanda 800 nəfərə qədər azərbaycanlı tələbələr təhsil alır. Burada daimi yaşayan və işləyən vətəndaşlarımız da var. Sevindirici haldır ki, heç bir azərbaycanlıda bu xəstəliyə yoluxma baş vermədi. Vətəndaşlarımıza Azərbaycan Evi tərəfindən coxsaylı olaraq maskalar və əlcəklər paylandı. Burada olan hər hansı bir azərbaycanlının ən xırda probleminə belə həssas yanaşıldı. Hətta, Macarıstana turist kimi gəlib, amma vətənə geri dönə bilməyən vətəndaşlarımız da Azərbaycan Evi və diasporamızın gayğısı altına alındı. Bütün bunlar üçün əlbəttə ki, Diasporla İş uzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və onun bütün əməkdaşlarına şox böyük təşəkkürlər düşür. Cünki, məhz Fuad müəllimin rəhbərlik etdiyi komitədə yaradılan "qaynar xətt" günün 24 saatı fəaliyyət göstərdi və bizlər də bundan lazımınca faydalandıq. Macarıstandan Azərbaycana getmək istəyən vətəndaşlarımızın çoxunu martın 18-də çarter reysi ilə vətənə göndərə bilsək də, hal-hazırda hələ də ölkəmizə geri dönmək istəyən çoxlu sayda vətəndaşlarımız var. Elə tələbələrimizin də böyük hissəsi geri dönmək istəyirlər. Dərslər onlayn sisteminə keçirildiyi üçün sentyabrın ortalarına kimi burada qalmaq onlar üçün də əlverişli deyil. Əlbəttə ki, bunlar burada işləyən tələbələrimizə aid deyildir. Pandemiya səbəbindən bir cox ölkələrdə olduğu kimi Macarıstanda da iş rejimi dəyişdirildi. Amma yuxarıda vurğuladığım kimi burada karantin tətbiq olunmadı. Sadəcə olaraq təhsil sistemində olduğu kimi iş rejiminin də çoxunun onlayn forması tədbiq edildi. Ofislərdə kompüter arxasında oturub çalışan insanlar sadəcə olaraq bu işi evində qalaraq etdi. Amma, bu heç də o demək deyil ki, iş yerləri bağlanmadı. Xeyir, əminliklə deyə bilərəm ki, çox sayda iş yerləri bağlandı. Düzdür baş nazirimiz həmişə deyir ki, "Nə qədər iş yerləri bağlandısa biz bir o qədər də iş yerləri açacağıq". Bunu yaşayıb görəcəyik. İşsizlik barəsində aldığım məlumatlar heç də ürəkaçan deyildir. Macarıstanda da pandemiya səbəbindən bütün hotellər, restoranlar bağlandı. Hazırda bölgələrdə onların fəalyyətinə izn verilsə də hələ ki, Budapeştdə onların fəaliyyətinə icazə verilməyib. Məncə bu pandemiyadan hamımız sıxıntı keçirdik. İstər- istəməs insanların yaşayış rejimi dəyişdi və bu da insanlarda narahatçılıq və sıxıntılar əmələ gətirdi. İnsan oğlu belə gözlənilməz hadisələrlə mübarizə aparmağa alışmalıdır. Sabah bundan da gözlənilməz hadisələr baş verə bilər. Bu sanki, dünya əhalisinin bir sınaq imtahanı oldu. İnsanların dar gündə təmkinlyi, səbrliyi və necə davranması sınaqdan keçirildi.

-Diasporla Iş üzrə Dövlət Komitəsi, yaxud Azərbaycan dövləti tərəfindən Macarıstandakı soydaşlarımıza yardım edilibmi?

-Həqiqətən də Diasporla İş üzrə Dövlət Komitəsi və eləcə də Azərbaycan dövlətinin pandemiya dövründə və indinin özündə də vətəndaşlarımızın yanında olmasının canlı şahidi olduq. Büdcəsi bizdən dəfələrlə çox olan Macarıstan heç öz vətəndaşlarına maddi yardım etmədi. Nədənsə buna lüzum görmədi. Amma bildiyimiz kimi Azərbaycan dövləti əhalinin ehtiyacı olan hissəsinə 190 manat yardım etdi. Düzdür bu heç də böyük rəqəm olmasa da, amma yenə də edildi. Macarıstanda yaşayan vətəndaşlarımıza Diasporla İş üzrə Dövlət Komitəsi ilə bərabər Səfirliyimiz, başda Vilayət Quliyev olmaqla diplomatik nümayəndəliyin bütün əməkdaşlari var qüvvələri ilə xidmət göstərməkdən yorulmadılar. Ehtiyacı olanlara maddi yardım göstərildi, eyni zamanda hər hansı bir çətinliklə üzləşən soydaşlarımızın yanında olmağı bacardılar. Məhz bunun üçün də səfirliyimizin bütün əməkdaşlarına hamının adından bir daha minnətdarlığımızı bildiririk.

- Macarıstanda hazırda Azərbaycan diasporunun vəziyyətini necə xarakterizə edərdiniz?

-Macarıstanda Azərbaycan diasporasının vəziyyətini xarakterizə edərkən mən əminliklə deyə bilərəm ki, son zamanlar Fuad Muradovun rəhbərliyi dövründə çox böyük dəyişikliklər və inkişaf baş verib. Diasporamız bu ölkədə hələ çox öncədən, 1994- cü ildən mərhum Prezidentimiz Heydər Əliyevin Budapeşt Sammitindəki iştirakından sonra fəaliyyətə başlayıb. Bu dövr ərzində bizim diaspora deyərdim ki, heç kimin ata bilmədiyi addımları atmağa nail ola bilib. Əslən macar olan ATƏT-in sədri və Macarıstanın xarici işlər naziri Kovacs Laszlonun Azərbaycana səfəri, Avropa Şurasında olan bir çox macar dostlarımızın həmişə Azərbaycan Dövlətinin yanında olması, eləcə də iki dövlət arasında istər iqtisadi, istərsə də siyasi əlaqələr, məhz diasporamızın macar və azərbaycanlı fəallarının əməyi nəticəsində yaranıb. Ən əsası isə Macarıstanda ömürlük həbsdə olan zabitimizin Ramil Səfərovun Azərbaycana ekstradasiyası məsələsi. Əminliklə deyə bilərəm ki, bu iş ölkə rəhbərimizin izni əsasında və eyni zamanda bizim diasporamızın fəaliyyətinin nəticəsində mümkün oldu. Bu iş üçün biz illərlə çalışdıq və son nəticəni ugurla başa vura bildik. Bütün bu fəaliyətimizin hamısı təmannasız olaraq dövlətimizin xidmətinə əyani bir nümunə idi. Macarıstandakı diaspora fəaliyyətimizə hər zaman maddiyat tərəfindən yox, məhz vətənə, dövlətə qulluq baxımından yanaşmışıq. Və indi də hörmətli Fuad Muradovun rəhbərliyi altında fəaliyyətimizi davam etdiririk.

- Son aylar Avropada yaradılan Koordinasiya Şuraları diasporamızın bir qədər də təşkilatlanması, birlik, bərabərlik şəklində fəaliyyət göstərməsinə nə dərəcədə təkan verir?

-Son zamanlar Avropada yaradılan Koordinasiya Şuraları diasporamızın təşkilatçılıq baxımından daha aktiv fəaliyyət göstərməsinə yəqin ki, təkan verəcəkdir. Macarıstanda bu Koordinasiya Şuraları vətəndaşlarımızın fəal olduğu şəhərlərdə yaradılıb. Amma cox təəssüf ki, təzəcə yaradılmış bu Koordinasiya Şuralarının fəaliyyətinə də pandemiya öz təsirini göstərdi və onlar istədikləri kimi aktiv fəaliyyət göstərə bilmədilər. Artiq həmin qadağalar yoxdur ona görə də Koordinasiya Şurasının bütün üzvlərinə öz fəaliyyətində uğurlar diləyirəm.

- Bəs diaspor təşkilatları olaraq Azərbaycan səfirliyi ilə yaxından əməkdaşlıq edirsinizmi?

-Diaspor təşkilatı olaraq Macarıstandakı Azərbaycan səfirliyi ilə yaxından əməkdaşlıq məsələsinə gəlincə, diaspora rəhbəri kimi həmişə calişmişam ki, fəaliyyətimizin çox hissəsini məhz səfirliyimizlə birgə edək. Biz hamımız azərbaycanlılar və Azərbaycan dövləti üçün varıq və bunun üçün bütün əməllərimizi və fəaliyyətimizi birgə etməyə hazırıq. Təki vətən üçün, dövlət üşün nəsə yararlı bir iş etməyi bacaraq. Elə bu günlərdə, 9 May qünü, həmyerlimiz, əslən Qusar rayonundan olan, Sovet İttifaqı Qəhrəmanı baş serjant Vəliyev Mirzə Dövlət oğlunun Vasad qəsəbəsində olan məzarını birgə ziyarət etdik. Burada diaspora fəalımız olan Dr. Szarvas Attila, Vasad qəsəbəsinin meri Jozsef Marton və hörmətli səfirimiz Vilayət Quliyev, eləcə də səfirliyin əməkdaşları iştirak etdilər.

-Son olaraq dövlətimiz, respublikamızla bağlı fikirləriniz, arzularınızı bilmək istərdik

-Yetər ki, Azərbaycanımız var olsun! Yetər ki, tezliklə Qarabağımızı bu amansız işğaldan azad etməyi bacaraq! Əks təqdirdə bu cür yaşamaq Azərbaycan türkü olaraq bizlərə, eləcə də dünya türklərinə bir utanc gətirir. Bu utanclığı yetər ki, üzərimizdən götürməyi hamılıqla bacaraq.

Süleyman İsmayılbəyli

Olaylar.az