E-mail:

info@diaspor.gov.az

EN
RU

Xaricdə yaşayan azərbaycanlılar bir-birinə hələ bu qədər yaxın olmamışdı

Qarşıdan Dünya azərbaycanlılarının həmrəylik günü gəlir. Dekabrın 31-nə təsadüf edən həmrəylik günümüz hər bir azərbaycanlının istər vətəndə, istərsə də xaricdə yaşayanların qəlbində bir qürur hissi yaradır. Tarixə həkk olunmuş bu günümüz kimliyindən asılı olmayaraq, hər birimizə doğma və əzizdir. İllər öncə məhz bu tarixdə yaxın, uzaq ölkələrdə yaşayan millətimiz sarsılmaz birliyini sübut edərək, MİLLƏT olduğunu bir daha təsdiq etdi.

Dünya azərbaycanlılarının həmrəyliyindən danışanda sözsüz ki, baxışlar ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsinə yönəlir. 2018-ci ilin fəaliyyətinə nəzər saldıqda, komitənin imza atdığı layihələr və qazandığı uğurlardan danışmamaq olmaz. Ən diqqətçəkən məqamlardan biri Diaspor TV-nin açılmasıdır. Diaspor.gov.az rəsmi internet saytına daxil olduqda, yenicə fəaliyyətə başlayan Diaspor TV-nin necə çoxşaxəli istiqamətə malik olduğunu görmək mümkündür. Az bir zamanda komitənin təşkil etdiyi və İctimai Televiziyada yayıma başlayan “Vətən uzaqda deyil” adlı proqramda diaspor nümayəndələri və eləcə də xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan dili dərslərinin açılması böyük maraqla qarşılanır. Ziyalılarımız, millət vəkilləri, sadə vətəndaşlar layihəyə öz fikirlərini bildirirlər. Böyük əks-səda doğuran bu həssas mövzu haqda millət vəkili Qənirə Paşayeva “MediaZona”-ya danışıb:

-Mən dəfələrlə bu məsələni parlamentdə qaldırıb, efir vasitəsilə çağırışlar etmişəm. Çünki Azərbaycanda azərbaycanlıların 10 milyonu yaşayır. Lakin çox hissəsi Azərbaycan sərhədlərindən kənarda yaşayırlar. Bizim xarici ölkələrdə eyni zamanda çoxlu sayda diasporumuz var. Xarici ölkələrdə, istər Amerika ölkələrində, istərsə də Avropada olduğumuz zaman, azərbaycanlılarla görüşümüz zamanı,uzun illər onların ata-babalarının Azərbaycandan, Güney Azərbaycanından və ya başqa ölkələrdən xarici ölkələrə üz tutduğu bizə məlum olur . Övladlarının, nəvələrinın azərbaycan dilinin öyrənilməsində üzləşdikləri çətinliklərdən, öz dillərində danışa bilmədiklərini narahatlıqla ifadə edirlər. Onlarin istəyi o olub ki, bizim televiziya kanallarında azərbaycan dilinin öyrədilməsi ilə bağlı verilişlər olsun.

Azərbaycan dilinin əlifbadan başlayaraq, öyrədəcək bir verilişlər olmalıdır. Övladlarımız bəzən gecələr nə ilə məşgul olduqlarını bilmirlər. Yəni vaxt var, amma hədər yerə sərf olunur. Amma o saatlarda efir vasitəsilə dil öyrənərdilər. Elə nəzərə alsaq ki, gecə saatlarında bizim efir məkanlarında imkanlar daha geniş olur, dlimizin öyrədilməsinə həmin saatlarda vaxt ayrılması çox gözəl nəticələr verə bilər. Sonradan həmin verilişlərin təkrar yayımı və youtobe-da yerləşdirilməsi nə qədər gözəl imkanlar yaradar, dilin öyrənilməsində öz bəhrəsini verər.

Eyni zamanda soydaşlarımız Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı da fikirlərini səsləndirirlər. Ona görə dəfələrlə parlamentdəki çıxışlarımda, televiziyadakı çıxışlarımda bu məsələni qaldırmışam və diqqətə çatdırmışam ki, xaricdə yaşayan soydaşlarımızın, təkcə xaricdəkilər deyil, elə burda da yaşayan qardaş-bacılarımızın da ana dilini mükəmməl öyrənmələri üçün bu verilişlər çox vacibdir. Belə verilişlərin başlanması çox önəmli və təqdirəlayiqdir. Alqışlanmalıdır. İnanırıq ki, yüksək səviyyədə və yüksək keyfiyyətdə olacaq.

Dünyanın hər yerində yaşayan soydaşlarımız var, onların bəzilərinin nə vaxtsa nənə babaları xaricə gediblər. Artıq üçüncü nəsil soydaşlarımız var ki, onlar dili zəif bilirlər və bəziləri heç bilmirlər. Əksəriyyəti xaricdə kompakt şəkildə yaşamırlar. Övladları xaricdə dünyaya göz açıblar, olduqları ölkənin dilində təhsil alıblar. Əlbəttə onlara ana dilində danışmaq çətindir. Onların ana dilində məktəbləri yoxdur. Ana dilini öyrənmək imkanları genış deyil. Bu baxımdan belə bir addım qiymətləndirilməlidir. İnanıram ki, bu verilişlər daha da mükəmməl və geniş şəkildə təqdim olunacaq. Əsas odur ki, başlanğıc var. Televiziya vasitəsilə soydaşlarımıza öyrədiləcək dil, mütləq tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin öyrənilməsində böyük rol oynayacaq. Soydaşlarımız ölkəmizi daha yaxından tanıyacaqıar. Çox ciddi və ciddi ehtiyac duyulan məsələdir.

İkinci bir məsələ isə, latın əlifbasının öyrədilməsidir. Bu dərslər vasitəsilə latın əlifbasını da öyrənəcəklər. Bildiyiniz kimi bəzi soydaşlarımız Rusiyada kiril əlifbasında yazıb, oxuyur, digər soydaşlarımız, götürək Güney Azərbaycanda yaşayanları, onlar başqa əlifbadan istifadə edirlər və s. Bunlar bizim əlifbanı bilmədikləri üşün oxuyub, yaza bilmirlər. Amma bu dərslər vasitəsilə onlar əlifbamızı öyrənəcək, onlara perspektivlər açılacaq. Bizim qəzetlərimizi, kitablarımızı rahat oxuyub, anlayacaqlar. Bu tipli verilişlər çoxalmalıdır. Bütün TV kanallarımızda bu cür maarifləndirici proqramlar olmalıdır.

Layihənin həyata keçirilməsində rolu olanların hamısın alqışlayırıq, inanırıq ki, ən yüksək keyfiyyətdə istədiklərinə nail olacaqlar”.

Diaspor TV-də “Qarabağ haqqında 5 cümlə” bölməsi də xüsisulə diqqətəlayiqdi. Vətəndən uzaqlarda yaşayan azərbaycanlılar məhz bu tip kiçikhəcmli videoçarxlarla xaricilərə Qarabağ problemi haqqında məlumat verə bilərlər. Videoçarxın baxımlı olmasının səbəblərindən biri burada musiqimizin, informasiyanın və Qarabağın gözəlliklərinin eyni anda təqdim olunmasıdır. Məhz bu cür faktlar Fuad Muradovun diasporla işə yeni yanaşmalar gətirməsinin nəticəsidir.

Azərbaycanda ilk dəfə olaraq diaspor xəritəsinin yaradılması gənc komitə sədri Fuad Muradovun diaspor hərəkatına ən böyük xidməti kimi qiymətləndirilməlidir. Bu həm də komitənin yeni tendensiyalara, müasir baxışlara üstünlük verməsinə ən böyük nümunədir. Komitənin yeni loqosu da mühüm addımlardan biridir.

“Cümhuriyyətin 100 illiyi” çərçivəsində Diaspor Gənclərinin I Yay Düşərgəsi təşkil olundu. Diaspor gəncləri üçün peşəkar mütəxəssislərin iştirakı ilə müxtəlif təlimlər, viktorinalar və yarışlar keçirildi. Düşərgədə xaricdən gələn gənclərin öz doğma dillərinə maraq göstərməsi üçün viktorinalar keçirilib, vətənlərini daha yaxından tanımalarından ötrü gəzintilər təşkil edilib, miqrasiya, gənclər siyasəti, diasporun inkişafı və s. mövzularda təlimlər aparılıb.

Komitənin uğurları sayagəlməz dərəcədə çoxdur. Xaricdə yaşayan azərbaycanlılarla keçirilən görüşlər bəhrəsini göstərir. Fuad Muradovun bu quruma rəhbər təyin edildiyi az müddətdə dayanmadan, yorulmadan çalışmasınin nəticəsidir ki, Dünya azərbaycanlıları bir-birinə daha da yaxınlaşıb, doğmalaşıb.Komitə uzun illər yaranmasına baxmayaraq, fəaliyyəti qənaətbəxş deyildi. Yalnız yeni rəhbərin prinsipial mövqeyi, maraqlı ideyaları, bütün bu göstərilən səylər, görülən işlər konkret effektini göstərir. Xaricdə yaşayan milyonlarla soydaşlarımız bir-birinə və Vətənə hələ indiyə kimi bu qədər yaxın, Azərbaycan həqiqətləri ilə bağlı bu qədər ayıq, sözün əsl mənasında bu qədər “diri” olmamışdı. Bu da onu göstərir ki, dövlət başçımız gənc kadrlara üstünlük verməklə siyasi kursunu daha da möhkəmləndirir və xalqın etimadını ən gözəl şəkildə doğruldur.

MediaZona.Az