E-mail:

info@diaspor.gov.az

EN
RU

Ə.G.Babiş: “Diaspor işində əməkdaşlıq Türkiyə, Azərbaycan və Qazaxıstan münasibətlərini gücləndirəcək”

Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Təhlil Mərkəzinin (TÜRKSAM) Baş katibi, Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Əhməd Gəncəxan Babişin türk dünyasının vacib ölkələrindən olan Türkiyə, Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərlə bağlı analitik yazısı Qazaxıstanın ilk rəqəmsal jurnalı olan ULYS-də yayımlanıb.
Ə.G.Babiş yazısında üç ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayaraq strateji əməkdaşlıq mexanizmlərindən bəhs edib. Digər tərəfdən, müəllif 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü olduğunu vurğulayaraq, Türkiyənin “2023 Hədəfləri” və Qazaxıstanın “2050 Strategiyası”nın əhəmiyyətindən danışıb. Yazıda üç ölkənin dövlət başçıları arasındakı səmimi və yaxın münasibətlər də yer alıb.
Türk Şurası çətiri altında görüləcək işlərə toxunan müəllif bir müddət öncə Türkiyə, Azərbaycan və Qazaxıstanın diaspor siyasətinə cavabdeh dövlət qurumları arasında əməkdaşlığa dair atılan addımların münasibətləri daha da gücləndirəcəyini bildirib
Məqalədə üç ölkə arasında enerji sahəsində münasibətlər də önə çəkilərək xüsusilə, TANAP və TAP layihələri ilə Azərbaycanın əhəmiyyətinin getdikcə artdığı bildirilib. “Qardaşlıq üçlüyü: Türkiyə –Azərbaycan–Qazaxıstan” başlığıyla yayımlanan yazıda üç ölkənin böhran və münaqişə zamanlarında bir-birinə diplomatik sahədə dəstək olduqları da qeyd olunur. Bununla yanaşı, mədəniyyət sahəsində də münasibətlərin inkişaf etdiyi məqalədə əksini tapıb.
Qeyd edək ki, ULYS jurnalınını App Store ve Google Playdən yükləyərək əldə etmək mümükündür. Yazı eyni zamanda, TÜRKSAM-ın internet saytında da yerləşdirilib (http://turksam.org/kardeslik-ucgeni-turkiye-azerbaycan-kazakistan).