E-mail:

info@diaspor.gov.az

EN
RU

Di­as­por hə­rə­ka­tı ye­ni mər­hə­lə­yə ke­çir

Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nə ye­ni sədr tə­yin olu­nan­dan son­ra qu­ru­mun fəa­liy­yə­tin­də bir can­lan­ma mü­şa­hi­də olun­maq­da­dır. Elə ko­mi­tə səd­ri Fu­ad Mu­ra­dov da DİDK-nın ya­ran­ma­sı­nın 16 il­li­yi mü­na­si­bə­ti­lə ke­çi­ri­lən təd­bir­də bu­na diq­qət çə­kə­rək, iki ay ya­rım ər­zin­də ko­mi­tə­nin xey­li iş gör­dü­yü­nü vur­ğu­la­mış­dı.

Ko­mi­tə səd­ri ki­mi Av­ro­pa öl­kə­lə­ri­nə sə­fər edən Fu­ad Mu­ra­do­vun ke­çir­di­yi gö­rüş­lər­də xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın azər­bay­can­çı­lıq ide­ya­la­rı ət­ra­fın­da bir­ləş­mək im­kan­la­rın­dan, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si və Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sın­da di­as­por təş­ki­lat­la­rı­nın ro­lun­dan da­nı­şı­lıb. Bir ne­çə gün əv­vəl F.Mu­ra­dov Av­ro­pa­ya sə­fə­ri çər­çi­və­sin­də Al­ma­ni­ya­nın qərb böl­gə­lə­rin­də ya­şa­yan azər­bay­can­lı­lar və bu­ra­da­kı di­as­por təş­ki­lat­la­rı­nın rəh­bər­lə­ri, elə­cə də öl­kə­nin qərb böl­gə­lə­rin­də təh­sil alan azər­bay­can­lı gənc­lər­lə gö­rü­şüb. Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mət­bu­at xid­mə­tin­dən "Eks­press"ə da­xil olan mə­lu­ma­ta gö­rə, ko­mi­tə səd­ri on­la­rın qay­ğı­la­rı ilə ma­raq­la­nıb, soy­daş­la­rı­mı­zın tək­lif və ide­ya­la­rı ət­ra­fın­da ma­raq­lı mü­za­ki­rə apa­rı­lıb. Diq­qət mər­kə­zin­də olan mə­sə­lə­lər­dən bi­ri bu öl­kə­də ya­şa­yan ai­lə­lə­rin uşaq­la­rı üçün Azər­bay­can di­li mək­təb­lə­ri­nin açıl­ma­sı olub.

Təd­bir­də Ko­mi­tə­nin ye­ni ya­zıl­mış him­ni səs­lən­di­ri­lib, ye­ni lo­qo, ilk də­fə ya­ra­dı­lan in­foq­ra­fik di­as­por xə­ri­tə­si və qu­ru­mun ye­ni­lən­miş say­tı ba­rə­də mə­lu­mat ve­ri­lib.
Sə­fər çər­çi­və­sin­də mü­hüm gö­rüş­lər­dən bi­ri də Al­ma­ni­ya­nın Köln şə­hə­rin­də ya­şa­yan azər­bay­can­lı iş adam­la­rı ilə ke­çi­ri­lib.

Top­lan­tı­da Al­ma­ni­ya­da­kı azər­bay­can­lı iş adam­la­rı­nın fəa­liy­yə­ti, "Ma­de in Azer­bay­can" bren­di­nin ta­nı­dıl­ma­sı, iş adam­la­rı­nın öl­kə­miz­də biz­nes ma­raq­la­rı­nın ar­tı­rıl­ma­sı ilə bağ­lı fi­kir mü­ba­di­lə­si apa­rı­lıb, on­la­rın tək­lif­lə­ri din­lə­ni­lib. Al­ma­ni­ya azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı və biz­nes fo­ru­mun ke­çi­ril­mə­si tək­lif­lə­ri ma­raq­la qar­şı­la­nıb. İş adam­la­rı ye­ni biz­nes plat­for­ma­sı­nın və re­surs mər­kə­zi­nin ya­ra­dıl­ma­sı­nı tək­lif edib­lər. Mu­ra­dov ye­ni tə­şəb­büs­lə­rin ol­ma­sı­nın, so­si­al-mə­də­ni la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nin əhə­miy­yə­ti­ni vur­ğu­la­ya­raq, gö­rüş iş­ti­rak­çı­la­rı­nı əmin edib ki, on­la­rın tə­şəb­büs­lə­ri, tək­lif­lə­ri qiy­mət­lən­di­ri­lə­cək, bun­dan son­ra heç bir di­as­por təş­ki­la­tı və heç bir in­san diq­qət­dən kə­nar­da qal­ma­ya­caq, gənc­lə­rin di­as­por fəa­liy­yə­ti­nə cəlb olun­ma­sı üçün müm­kün ad­dım­lar atı­la­caq.

Ko­mi­tə səd­ri di­as­por hə­rə­ka­tı­nın key­fiy­yət­cə ye­ni mər­hə­lə­yə-lob­bi­çi­lik fəa­liy­yə­ti­nə keç­mə­si­nin ger­çək­ləş­di­ril­mə­si yo­lun­da da mü­hüm plan­la­rın ol­du­ğun­dan bəhs edib.
Ye­ri gəl­miş­kən, Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­do­vun baş­çı­lıq et­di­yi nü­ma­yən­də he­yə­ti Ru­mı­ni­ya­ya sə­fə­ri za­ma­nı da bir sı­ra gö­rüş­lər ke­çi­rib. Sə­fər za­ma­nı nü­ma­yən­də he­yə­ti­nin üzv­lə­ri Ru­mı­ni­ya­da­kı dip­lo­mat­la­rı­mız­la bir­lik­də Bu­xa­rest­də yer­lə­şən Tei Par­kın­da­kı Hey­dər Əli­yev xi­ya­ba­nın­da ulu ön­dər Hey­dər Əli­ye­vin büs­tü önü­nə gül dəs­tə­lə­ri qo­yub­lar.

Son­ra Fu­ad Mu­ra­dov xa­ric­də ya­şa­yan ru­mın­lar­la iş üz­rə na­zir xa­nım Na­tal­ya-Ele­na İn­to­te­ro ilə gö­rü­şüb. Gö­rüş­də iki öl­kə di­as­por­la­rı­nın bir­gə əmək­daş­lı­ğı­nı və təc­rü­bə mü­ba­di­lə­si­ni əks et­di­rən me­mo­ran­dum im­za­la­nıb (AZƏR­TAC). Ru­mı­ni­ya­lı na­zir rəh­bər­lik et­di­yi qu­ru­mun iş is­ti­qa­mət­lə­ri, xa­ric­də ya­şa­yan ru­mın di­as­po­ru ilə əla­qə­lə­rin qu­rul­ma­sı, "Di­as­por start-up" la­yi­hə­si ba­rə­də mə­lu­mat ve­rib. Ey­ni za­man­da, na­zir xa­ric­də ru­mın di­li­nin öy­rə­dil­mə­si, təh­sil la­yi­hə­lə­ri ba­rə­də da­nı­şıb. Bil­di­rib ki, Ru­mı­ni­ya və Azər­bay­can stra­te­ji tə­rəf­daş­lar­dır və iki öl­kə ara­sın­da im­za­la­nan bu me­mo­ran­dum bu­na sü­but­dur.

Fu­ad Mu­ra­dov Ru­mı­ni­ya­nın Azər­bay­ca­nın müs­tə­qil­li­yi­ni ta­nı­yan ilk öl­kə­lər­dən bi­ri ol­du­ğu ba­rə­də bil­di­rib. O, Azər­bay­can di­as­po­ru­nun ya­şa­yış xə­ri­tə­si, fəa­liy­yə­ti, gə­lə­cək­də nə­zər­də tu­tu­lan la­yi­hə­lər ba­rə­də mə­lu­mat ve­rib. Bil­di­rib ki, Ru­mı­ni­ya ilə im­za­la­nan me­mo­ran­dum iki öl­kə di­as­por­la­rı­nın ya­xın­laş­ma­sı, bir­gə fəa­liy­yət gös­tər­mə­si, la­yi­hə­lə­rin ye­ri­nə ye­ti­ril­mə­si, bir-bi­ri­nin təc­rü­bə­sin­dən bəh­rə­lən­mə­si is­ti­qa­mə­tin­də mü­hüm əhə­miy­yət kəsb edir. Azər­bay­ca­nın Pre­zi­dent İl­ham Əli­ye­vin rəh­bər­li­yi al­tın­da sü­rət­lə in­ki­şaf et­mə­si, yük­sək nə­ti­cə­lər əl­də et­mə­si, ümum­mil­li li­der Hey­dər Əli­ye­vin di­as­por qu­ru­cu­lu­ğu­na ver­di­yi töh­fə na­zi­rin diq­qə­ti­nə çat­dı­rı­lıb. Sədr Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ba­rə­də da­nı­şa­raq, Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nin diq­qə­ti­nə çat­dı­rıl­ma­sın­da Azər­bay­can di­as­po­ru­nun ro­lu­nu qeyd edib.

Son­ra Fu­ad Mu­ra­dov di­ni mə­sə­lə­lər üz­rə döv­lət ka­ti­bi Vik­tor Opas­ki ilə gö­rü­şüb. Gö­rüş­də Ru­mı­ni­ya­nın mü­səl­man ic­ma­sı­nın ali müf­ti­si Yu­suf Mu­rad da iş­ti­rak edib. Gö­rü­şün iki öl­kə ara­sın­da mü­va­fiq sa­hə­də fi­kir mü­ba­di­lə­si apa­rıl­ma­sı üçün əhə­miy­yət­li ol­du­ğu­nu və Azər­bay­ca­nın bu sa­hə­də möv­cud təc­rü­bə­si­nin öy­rə­nil­mə­si­nin va­cib­li­yi­ni diq­qə­tə çat­dı­ran Opas­ki Azər­bay­can­da mə­də­ni müx­tə­lif­lik, to­le­rant­lıq və mul­ti­kul­tu­ra­lizm ki­mi mə­sə­lə­lər üz­rə fə­al iş apa­rıl­dı­ğı­nı qeyd edib. Öl­kə­sin­də­ki döv­lət-din mü­na­si­bət­lə­rin­dən da­nı­şan O bil­di­rib ki, Ru­mı­ni­ya­da döv­lət tə­rə­fin­dən di­ni ic­ma­la­ra və din xa­dim­lə­ri­nə ma­aş ve­ri­lir, bu sa­hə­də­ki qa­nun­ve­ri­ci­lik bü­tün di­ni kon­fes­si­ya mən­sub­la­rı­nın eti­qad azad­lı­ğı­nın tə­min olun­ma­sı­na şə­ra­it ya­ra­dır. Ha­zır­da Ru­mı­ni­ya­da 18 di­ni ic­ma­nın döv­lət qey­diy­ya­tı­na alın­dı­ğı­nı, bun­lar­dan 16-sı­nın xris­ti­an, 1-nin yə­hu­di, 1-nin isə mü­səl­man ic­ma­sı ol­du­ğu­nu vur­ğu­la­yan V.Opas­ki di­ni ic­ma­lar ara­sın­da qar­şı­lıq­lı hör­mət və to­le­rant mü­na­si­bət­lə­rin ol­du­ğu­nu bil­di­rib. Döv­lət ka­ti­bi Mün­xen­də, o cüm­lə­dən Mad­rid­də in­şa edi­lən və in­şa edi­lə­cək kil­sə­lər ba­rə­də mə­lu­mat ve­rib. O, Ru­mı­ni­ya­da mü­səl­man ic­ma­sı­nın fəa­liy­yə­ti, gör­dü­yü iş­lər ba­rə­də ət­raf­lı da­nı­şıb. Həm­çi­nin Azər­bay­can­la əla­qə­lə­rin­dən, Qaf­qaz Mü­səl­man­la­rı İda­rə­si ilə sıx əmək­daş­lı­ğın­dan bəhs edib.

Fu­ad Mu­ra­dov Azər­bay­can ic­ma­la­rı­nın ya­şa­dıq­la­rı öl­kə­lə­rin cə­miy­yət­lə­ri­nə in­teq­ra­si­ya olun­ma­la­rı­na, bu döv­lət­lə­rin ic­ti­mai-si­ya­si, iq­ti­sa­di və mə­də­ni hə­ya­tın­da fə­al iş­ti­ra­kı­na xü­su­si önəm ve­ril­di­yi­ni diq­qə­tə çat­dı­rıb. O bil­di­rib ki, Ru­mı­ni­ya­nın Di­ni Mə­sə­lə­lər üz­rə Döv­lət Ka­tib­li­yi­nin bu is­ti­qa­mət­də 160 il­lik təc­rü­bə­si bö­yük ma­raq kəsb edir və bu qu­rum­la ko­mi­tə­nin əmək­daş­lı­ğı­nın gə­lə­cək­də də da­vam edə­rək ye­ni müs­tə­vi­yə çat­dı­rıl­ma­sı­nı ar­zu­la­yır.

Son­ra Xa­ric­də Ya­şa­yan Ru­mın­lar­la İş Ko­mis­si­ya­sı­nın səd­ri se­na­tor Vio­rel Ri­çard Ba­dea, Ru­mı­ni­ya­nın Baş na­zi­ri Vio­ri­ka Dan­çi­la­nın iş apa­ra­tın­da döv­lət mü­şa­vi­ri And­reea Pas­tar­nak və Baş na­zi­rin stra­te­ji tə­rəf­daş­lıq­la­rın tət­bi­qi üz­rə müa­vi­ni Ana Bir­çal ilə gö­rüş­lər ke­çi­ri­lib. Gö­rüş­lər­də iki öl­kə di­as­por­la­rı ara­sın­da əmək­daş­lı­ğın is­ti­qa­mət­lə­ri mü­za­ki­rə olu­nub. Bil­di­ri­lib ki, Ru­mı­ni­ya di­as­po­ru­nun təc­rü­bə­si öy­rə­nil­mə­li­dir, xü­su­si­lə di­as­po­run ma­liy­yə­ləş­di­ril­mə­si və xa­ric­də ru­mın di­as­po­ru ilə bağ­lı qa­nu­nun tət­biq edil­mə­si təc­rü­bə­si Azər­bay­can tə­rə­fi üçün ma­raq­lı­dır.

Baş na­zi­rin stra­te­ji tə­rəf­daş­lıq­la­rın tət­bi­qi üz­rə müa­vi­ni Ana Bir­çal tə­rəf­lər ara­sın­da 2009-cu il­də im­za­lan­mış Stra­te­ji tə­rəf­daş­lı­ğın ya­ra­dıl­ma­sı haq­da Bir­gə Bə­yan­na­mə və Stra­te­ji tə­rəf­daş­lı­ğın hə­ya­ta ke­çi­ril­mə­si üz­rə Bir­gə Fəa­liy­yət Pla­nı­nın va­cib­li­yi­nə to­xu­nub, iq­ti­sa­di əla­qə­lə­rin, qar­şı­lıq­lı sər­ma­yə qo­yu­luş­la­rı­nın ge­niş­lən­di­ril­mə­si­nin önə­mi­ni qeyd edib. Ru­mı­ni­ya ilə Azər­bay­can ara­sın­da iki­tə­rəf­li əla­qə­lə­rin sə­viy­yə­sin­dən du­yu­lan məm­nun­lu­ğu ifa­də edən A.Bir­çal bu ilin mar­tın­da öl­kə­mi­zə sə­fə­ri­ni xa­tır­la­dıb, öl­kə­lə­ri­miz ara­sın­da iq­ti­sa­di, mə­də­ni, elm və təh­sil əla­qə­lə­ri­nin də­rin­ləş­di­yi­ni, nəq­liy­yat və ener­ji la­yi­hə­lə­ri­ni hə­ya­ta ke­çir­mək üçün bö­yük im­kan­la­rın möv­cud ol­du­ğu­nu qeyd edib. O əla­və edib ki, Ru­mı­ni­ya Azər­bay­can ilə Aİ ara­sın­da­kı dia­lo­qun in­ki­şa­fın­dan və ye­ni mü­qa­vi­lə üz­rə da­nı­şıq­lar­da irə­li­lə­yi­şin mü­şa­hi­də olun­ma­sın­dan məm­nun­luq his­si ke­çi­rir və bu da­nı­şıq­la­rın uğur­la ye­kun­laş­dı­rıl­ma­sı üçün səy­lə­ri­ni əsir­gə­mə­yə­cək.

Son­ra Döv­lət Ko­mi­tə­si­nin səd­ri Azər­bay­ca­nın Ru­mı­ni­ya­da­kı sə­fir­li­yin­də Azər­bay­can-Ru­mı­ni­ya Gənc­lər və Mə­də­niy­yət As­so­sia­si­ya­sı­nın üzv­lə­ri, Ru­mı­ni­ya­da ya­şa­yan azər­bay­can­lı­lar ilə gö­rüş ke­çi­rib. Gö­rüş­də sədr həm­və­tən­lə­ri­mi­zin qay­ğı­la­rı ilə ma­raq­la­nıb, soy­daş­la­rı­mı­zın tək­lif və ide­ya­la­rı ət­ra­fın­da ma­raq­lı mü­za­ki­rə­lər apa­rı­lıb. O, di­as­por hə­rə­ka­tı­nın key­fiy­yət­cə ye­ni mər­hə­lə­yə keç­mə­si­nin ger­çək­ləş­di­ril­mə­si yo­lu və is­ti­qa­mət­lə­ri ba­rə­də mə­lu­mat ve­rib. Azər­bay­can­lı­la­rın ya­şa­dıq­la­rı öl­kə­lər­də cə­miy­yə­tə in­teq­ra­si­ya prob­lem­lə­ri, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ba­rə­də təb­li­ğa­tın ge­niş­lən­di­ril­mə­si ba­rə­də da­nı­şıb. Xü­su­si­lə azər­bay­can­lı­lar ara­sın­da əla­qə­lən­dir­mə­nin güc­lən­dir­mə­si­nin mü­hüm ol­du­ğu­nu vur­ğu­la­yan sədr gə­lə­cək­də bu is­ti­qa­mət­də da­ha qə­ti ad­dım­lar atı­la­ca­ğı­na ina­mı­nı bil­di­rib.

Ye­ri gəl­miş­kən, Bu­xa­rest­də Ru­mı­ni­ya Azər­bay­can­lı­la­rı Bir­li­yi­nin tə­sis edil­mə­si ilə bağ­lı təd­bir ke­çi­ri­lib. AZƏR­TAC bil­di­rir ki, Azər­bay­ca­nın və Ru­mı­ni­ya­nın döv­lət himn­lə­ri səs­lən­di­ril­dik­dən son­ra ye­ni təş­ki­la­tın səd­ri Va­qif Hə­sə­nov bil­di­rib ki, bu qu­ru­mun tə­sis edil­di­yi 2018-ci il hər iki öl­kə­nin ta­ri­xin­də əla­mət­dar bir ilə tə­sa­düf edir. Av­ro­pa və Asi­ya­nın kə­siş­mə­sin­də yer­lə­şən, Cə­nu­bi Qaf­qaz re­gio­nu­nun ən bö­yük öl­kə­si olan Azər­bay­can mü­səl­man Şər­qin­də ilk de­mok­ra­tik, par­la­ment­li res­pub­li­ka­nın - Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ya­ra­dıl­ma­sı­nın 100 il­li­yi­ni qeyd edir. Ru­mı­ni­ya­da isə Bö­yük Bir­li­yin ya­ra­dıl­ma­sın­dan 100 il ötür.

Son­ra Azər­bay­can və Ru­mı­ni­ya ara­sın­da dip­lo­ma­tik mü­na­si­bət­lə­rin ta­ri­xi ilə bağ­lı qı­sa film nü­ma­yiş olu­nub.

V.Hə­sə­nov bil­di­rib ki, təş­ki­la­tın ya­ra­dıl­ma­sın­da məq­səd Ru­mı­ni­ya­da ya­şa­yan həm­və­tən­lə­ri­mi­zi, o cüm­lə­dən Azər­bay­ca­nın bu öl­kə­də­ki dost­la­rı­nı bir ara­ya gə­tir­mək və hər iki öl­kə ara­sın­da müx­tə­lif sa­hə­lər­də mü­na­si­bət­lə­rin da­ha da güc­lən­di­ril­mə­si­nə töh­fə ver­mək­dir. Bir­lik Ru­mı­ni­ya­nın döv­lət və hö­ku­mət or­qan­la­rı ilə, müx­tə­lif təş­ki­lat və ic­ma­lar­la qar­şı­lıq­lı fay­da­lı əmək­daş­lıq qur­maq niy­yə­tin­də­dir.

Bir­li­yin di­gər həm­tə­sis­çi­lə­ri Ro­bert Bur­la­ku və Mih­nea Alik çı­xış edə­rək onun məq­səd­lə­ri, hə­ya­ta ke­çi­rə­cə­yi la­yi­hə­lər ba­rə­də mə­lu­mat ve­rib­lər.
Ru­mı­ni­ya-Azər­bay­can par­la­ment­lə­ra­ra­sı dost­luq qru­pu­nun rəh­bə­ri­nin müa­vi­ni, Ru­mı­ni­ya De­pu­tat­lar Pa­la­ta­sı­nın de­pu­ta­tı Di­nu So­ko­tar çı­xı­şın­da təş­ki­la­tın Azər­bay­can və Ru­mı­ni­ya ara­sın­da əla­qə­lə­rin da­ha da irə­li apar­ma­sı­na töh­fə ve­rə­cə­yi­ni söy­lə­yib, bu is­ti­qa­mət­də hə­ya­ta ke­çi­ri­lən la­yi­hə­lə­ri dəs­tək­lə­di­yi­ni vur­ğu­la­yıb.

Ru­mı­ni­ya­da­kı SO­CAR Pet­ro­le­um SA şir­kə­ti­nin baş di­rek­to­ru Həm­zə Kə­ri­mov be­lə bir təş­ki­la­tın ya­ra­dıl­ma­sı­nı əla­mət­dar ha­di­sə ad­lan­dı­rıb, ona fəa­liy­yə­tin­də uğur­lar ar­zu­la­yıb. O, ye­ni təş­ki­la­tın Ru­mı­ni­ya­da ya­şa­yan soy­daş­la­rı­mız ara­sın­da həm­rəy­li­yin güc­lən­di­ril­mə­sin­də önəm­li rol oy­na­ya­ca­ğı­nı bil­di­rib.
Ru­mın-Ame­ri­kan Uni­ver­si­te­ti­nin pro­fes­so­ru, uni­ver­si­tet Se­na­tı­nın nü­ma­yən­də­si Flo­rin Bon­çiu, Ploi­eş­ti Neft-Qaz Uni­ver­si­te­ti­nin pro­rek­to­ru, pro­fes­sor Mi­hai Mi­nes­ku çı­xış­la­rın­da təm­sil et­dik­lə­ri ali təh­sil ocaq­la­rı ilə təş­ki­lat ara­sın­da elm və təh­sil sa­hə­sin­də əmək­daş­lıq­da ma­raq­lı ol­duq­la­rı­nı vur­ğu­la­yıb­lar.
Ru­mı­ni­ya-Azər­bay­can Dost­luq Cə­miy­yə­ti­nin səd­ri, pro­fes­sor Du­mit­ru Ba­lan rəh­bər­lik et­di­yi qu­ru­mun öl­kə­lə­ri­miz ara­sın­da mü­na­si­bət­lə­rin in­ki­şa­fı is­ti­qa­mə­tin­də­ki fəa­liy­yə­ti və hə­ya­ta ke­çi­ri­lən la­yi­hə­lər ba­rə­də mə­lu­mat ve­rib.

Ru­mı­ni­ya Mü­səl­man Türk Ta­tar­la­rı De­mok­ra­tik Bir­li­yi­nin səd­ri Məf­ku­rə Qa­far da təm­sil et­di­yi təş­ki­lat ba­rə­də da­nı­şıb.

Təd­bir­də bu öl­kə­də təh­sil alan və ya­şa­yan azər­bay­can­lı­lar­la ya­na­şı, Azər­bay­ca­nın Ru­mı­ni­ya­da­kı sə­fir­li­yi­nin əmək­daş­la­rı, Ru­mı­ni­ya döv­lət və hö­kü­mət nü­ma­yən­də­lə­ri, par­la­men­tin de­pu­tat­la­rı, bu öl­kə­də fəa­liy­yət gös­tə­rən bir sı­ra apa­rı­cı şir­kət­lə­rin rəh­bər­lə­ri, iş adam­la­rı, ener­ji mə­sə­lə­lə­ri üz­rə mü­tə­xəs­sis­lər, ali təh­sil ocaq­la­rı­nın pro­fes­sor və mü­əl­lim he­yət­lə­ri, ru­mın tə­lə­bə­lər, Ru­mı­ni­ya­da­kı türk və ta­tar ic­ma­la­rı­nın nü­ma­yən­də­lə­ri iş­ti­rak edib­lər.

Mu­rad MƏM­MƏD­Lİ
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur