Parisdə səsləndirilən Azərbaycan musiqisi fransızları valeh edib

30 sentyabr, 2022

Parisdə səsləndirilən Azərbaycan musiqisi fransızları valeh edib

Parisin məşhur Baiser Salé caz-klubunda Fransada və Türkiyədə yaşayan Azərbaycan musiqiçiləri Etibar Əsədlinin və Ələfsər Rəhimovun konserti keçirilib.

Tanınmış pianoçu Etibar Əsədlini və nəfəs alətləri ifaçısı Ələfsər Rəhimovu zərb alətləri ifaçısı Fransua Konstantinin yaratdığı musiqi qrupu müşayiət edib. Bu qrupa Ranto Aniavo Rakotomalala (gitara) və Tilo Bertolonun (zərb alətləri) daxildir. Başlıca məqsəd Azərbaycan zurnasının, balabanının və tütəyin musiqi imkanlarını Fransa ictimaiyyətinə təqdim etmək olub.

Müxtəlif improvizasiyaların səsləndirildiyi konsertdə “Qara qaşın vəsməsi”, “Sarı gəlin”, “Arşın mal alan” və sair kompozisiyalardakı Azərbaycan motivləri alqışlarla qarşılanıb. Fransız tamaşaçılar instrumental, zərb alətləri və nəfəs alətləri üçün təqdim olunan müxtəlif motivlərdən zövq alıblar.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə fəal əməkdaşlıq edən Etibar Əsədli Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayının iştirakçısı olub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər