Münhen Azərbaycan Evində anım tədbiri təşkil edilib

30 sentyabr, 2022

Münhen Azərbaycan Evində anım tədbiri təşkil edilib

Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

 

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin və Münhen Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan anım mərasimində torpaqlarımızın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, üçrəngli bayrağımızın işğaldan azad edilmiş Qarabağda yenidən ucaldılması naminə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin direktoru və Münhen Azərbaycan Evinin rəhbəri Səttar Kərimov iki il öncə qəsbkar Ermənistanın genişmiqyaslı hücumu nəticəsində Vətən müharibəsinin başlandığını xatırladıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun beynəlxalq hüquq normalarına uyğun olaraq torpaqlarımızın işğalına son qoyması və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi tarixi ədalət adlandırılıb.

 

Şəhidlərimizin qəhrəmanlığının unudulmayacağı və xalqımızın qəlbində daim yaşayacağı vurğulanıb.

 

Tədbir çərçivəsində təşkil edilmiş anım guşəsində şəhidlərimizin fotoları nümayiş etdirilib, güllər düzülüb və şamlar yandırılıb. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər