Mexikoda anım aksiyası təşkil edilib

29 sentyabr, 2022

Mexikoda anım aksiyası təşkil edilib

Meksikanın paytaxtı Mexikoda yaşayan Azərbaycan icmasının 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiyası keçirilib.

 

Diaspor fəalı Sevda Verdiyevanın təşəbbüsü və Gənc Diplomatlar Təşkilatının dəstəyi ilə gerçəkləşdirilən anım tədbiri Meksika-Azərbaycan Dostluq Parkında baş tutub.

 

Azərbaycan icmasını və yerli ictimaiyyəti təmsil edən aksiya iştirakçıları Azərbaycan bayraqları, “27 sentyabr Azərbaycanda qəhrəmanların anım günüdür!”, “Azərbaycan sülh istəyir!” şüarlarının əks olunduğu plakatlarla ölkəmizin xəritəsini əks etdirən abidəni ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb.

 

Meksikanın ADN40Mx xəbər telekanalı aksiyadan birbaşa reportaj yayımlayıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər