ABŞ-dakı diasporumuz Beynəlxalq Folklor Festivalında ölkəmizi təmsil edib

30 sentyabr, 2022

ABŞ-dakı diasporumuz Beynəlxalq Folklor Festivalında ölkəmizi təmsil edib

ABŞ-ın Şimali Karolina ştatının Fayetvill (Fayetteville) şəhərində keçirilən 44-cü Ənənəvi Beynəlxalq Folklor Festivalında ölkəmizi Azərbaycan Dostluq Təşkilatı təmsil edib.

 

Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal bildirib ki, icmamız ilk dəfə bu festivala qatılıb. Milli geyimlərimizdə olan soydaşlarımız festivalın paradında iştirak ediblər və Azərbaycan pavilyonunda şəhər sakinlərini milli mətbəximizin təamlarına qonaq ediblər. 

 

Qeyd edək ki, Fayetvill şəhərinin rəsmiləri ölkəmizə və Azərbaycan icmasına xoş münasibətilə seçilir. Bu il şəhər meri Mitç Kolvin 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyan bəyannamə imzalayıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər