Zalsburq Azərbaycan Evində Novruz bayramı qeyd edilib

28 mart, 2023

Zalsburq Azərbaycan Evində Novruz bayramı qeyd edilib

Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Bayram şənliyində Zalsburqda yaşayan Azərbaycan icmasının fəalları iştirak ediblər.   

Tədbirdə çıxış edənlər baharın müjdəçisi, barış, dostluq, nikbinlik və bərəkət rəmzi olan Novruz bayramı münasibətilə soydaşlarımızı təbrik ediblər. Xoş arzularını bildirən soydaşlarımız tarixi və parlaq Zəfərimizdən sonra bayram tonqallarının Azərbaycanın işğaldan azad edilmiş Qarabağ diyarında alovlandırılmasını sevindirici və qürurverici hal kimi dəyərləndiriblər.

Tədbir Novruza xas əyləncəli oyunlar və milli rəqslərimizlə davam edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər