Ukrayna Azərbaycanlıları Radası beynəlxalq birliyi İrandakı terror aktına göz yummamağa çağırıb
28 yanvar, 2023
Ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinə edilən silahlı hücum Ukraynada yaşayan soydaşlarımızda hiddət doğurub.
Ukrayna Azərbaycanlıları Radasının yaydığı bəyanatda dipomatik missiyanın bir əməkdaşının qətlə yetirilməsi, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktına görə dərin narahatlıq ifadə edilib. Qeyd edilib ki, Ukraynada yaşayan azərbaycanlılar qanlı olayın arxasında İranın xüsusi xidmət orqanlarının dayandığına şübhə etmir.
Bəyanatda Ukraynanın Beynəlxalq Hava Yolları şirkətinə məxsus Boinq-737 təyyarəsinin 8 yanvar 2020-ci il tarixində Tehrandan Kiyevə uçarkən İran hərbçiləri tərəfindən raketlə vurulduğu, göyərtədə olan 176 nəfərin həlak olduğu, amma indiyədək bu terror aktını törədənlərin cəzalandırlmadığı faktı da yada salınıb.
Soydaşlarımız beynəlxalq birliyi ədalətli mövqe tutmağa, İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq qanunsuz əməllər törətməsinə göz yummamağa, sabitlik əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.
Digər xəbərlər