Türkiyənin Qaz dağında iki ölkənin şəhidləri yad edilib

3 oktyabr, 2022

Türkiyənin Qaz dağında iki ölkənin şəhidləri yad edilib

Türkiyənin 81 vilayətini təmsil edən alpinistlər 27 Sentyabr – Anım Günü ilə əlaqədar Qaz dağına yürüş ediblər.

 

Yürüşdən öncə Araz Təbiəti və Azərbaycan Kültür Dərnəyinin (“ARAZDER”) və Çanaqqala Dərnəyinin birgə təşkilatçılığı ilə Çanaqqala vilayətinin Çırpılar kəndində alpinistlərlə görüş keçirilib. Yürüş iştirakçılarına 44 günlük Qarabağ zəfəri, Qarabağ və Şuşa haqqında məlumat verilib. Təcavüzkar Ermənistandan fərqli olaraq, Türkiyə və Azərbaycanın hazırda Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün bərqərar olması naminə ciddi səylər göstərdiyinə diqqət cəlb edilib. 

 

Qaz dağına yürüş zamanı Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Ardınca ölkələrimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz anılıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər