Soydaşlarımız Belarus Prezident Administrasiyasına və XİN-ə müraciət edib

23 sentyabr, 2022

Soydaşlarımız Belarus Prezident Administrasiyasına və XİN-ə müraciət edib

Belarusda yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə Belarusun rəsmi qurumlarına və beynəlxalq təşkilatlara müraciət edib.

“Azərbaycan İcmaları Konqresi” beynəlxalq ictimai birliyinin İdarə Heyətinin adından Belarus Prezidenti Administrasiyasına, Xarici İşlər Nazirliyinə, Birləşmiş Millətlər Təşkilatına və Avropa Şurasına ünvanlanan müraciətdə 12-13 sentyabr 2022-ci ildə törədilən təcavüz barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Belarusda yaşayan Azərbaycan icmasının beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış duruma görə dərin narahatlıq hissi keçirdiyi, Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan sülh danışıqları prosesinə məhz Ermənistan hər vəchlə mane olmağa çalışdığı nəzərə çatdırılıb. 

Bildirilib ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması, erməni işğalından azad edilmiş ərazilərdə normal həyata qayıdışın təmin edilməsi istiqamətində ciddi və böyük səylər göstərən Azərbaycandan fərqli olaraq, təcavüzkar Ermənistan hərbi qarşıdurmalarda və regionda vəziyyətin gərginləşməsində maraqlı olduğunu açıq-aşkar nümayiş etdirir.

“Azərbaycan İcmaları Konqresi” beynəlxalq təşkilatları Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrəvana təzyiqləri gücləndirməyə və əməli addımlar atmağa çağırıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər