Sankt-Peterburqda soydaşlarımız Vətən müharibəsi şəhidlərini yad ediblər

28 sentyabr, 2022

Sankt-Peterburqda soydaşlarımız Vətən müharibəsi şəhidlərini yad ediblər

Rusiyanın şimal paytaxtında yaşayan Azərbaycan icması 27 Sentyabr – Anım Günü ilə əlaqədar ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunda təşkil olunmuş anım guşəsini ziyarət edib. 

“Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının sədri Vaqif Məmişov, qurumun nəzdindəki Azərbaycan Gənclər Birliyinin sədri Elman Manafov, icraçı direktoru Rəşadə Orucova və digər diaspor fəalları konsulluqda yaradılan anım güşəsi qarşısında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəhidlərin fotoları önünə gül dəstələri düzüblər. 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər