Samsunda şəhidlərimiz anılıb

30 sentyabr, 2022

Samsunda şəhidlərimiz anılıb

Türkiyənin Samsun şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Cümhuriyyət meydanında baş tutan tədbir Orta Qara dəniz Azərbaycan Türkləri və Soydaşlar Dərnəyinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

 

Türkiyə və Azərbaycanın Dövlət himnlərinin oxunması ilə başlayan tədbirdə torpaqlarımızın erməni işğalından qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən dərnək sədri Məsudə Vəliyeva Altun bildirib ki, 27 sentyabrdan başlayaraq 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri bütün dünyaya vətən torpaqlarını düşməndən azad etməyə və qorumağa qadir olduğunu göstərib. “27 sentyabr həm sevinc, həm də hüzn günüdür. Bu gün həm də türk birliyinin gücünün bütün dünyaya nümayiş etdirildiyi gündür. 30 il əzəli torpaqlarımızın həsrəti ilə böyüyən övladlarımız erməni işğalçılarına qarşı savaşa qatıldılar və torpaqlarımızın azadlığı uğrunda canlarından və qanlarından keçdilər. Allah şəhidlərimizə rəhmət eləsin!”, - deyə vurğulayıb.

 

Qeyd edilib ki, Orta Qara dəniz Azərbaycan Türkləri və Soydaşları Dərnəyi Azərbaycan dövlətinin və Ordusunun yanındadır: “Türkün gücü tükənməz! Yetər ki, birlik olaq, bərabərliyimizi pozmayaq. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”

 

Sonra dərnək üzvü Danila Məmmədova şəhidlərə ithaf olunan şeir səsləndirib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər