Saloniki Azərbaycan Evində anım tədbiri olub

3 oktyabr, 2022

Saloniki Azərbaycan Evində anım tədbiri olub

Yunanıstanın Saloniki şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

 

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Saloniki Azərbaycan Evində baş tutan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən cəmiyyətin sədri, Saloniki Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədov və başqaları qəsbkar Ermənistanın 30 ilə yaxın əzəli torpaqlarımızı işğal altında saxladığı, xalqımızın Qarabağın işğaldan azad edilməsi uğrunda apardığı mücadilə yolu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi qəhrəmanlarının parlaq qələbə qazanması barədə danışıblar. Xalqımızın və dünya azərbaycanlılarının Qarabağın azad edilməsinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına görə sonsuz fərəh və qürur hissi keçirdikləri vurğulanıb.

 

Sonra Anım Gününə həsr olunmuş qısa film nümayiş olunub.

 

Tədbir çərçivəsində anım guşəsi təşkil edilib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər