Sakarya şəhərində Qarabağ Zəfərimiz bayram edilib

25 noyabr, 2022

Sakarya şəhərində Qarabağ Zəfərimiz bayram edilib

Türkiyənin Sakarya şəhərində “Qarabağ Zəfəri İki Yaşında” adlı təntənəli tədbir keçirilib.

 

Sakarya Universiteti nəzdindəki Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Tələbələr Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Sakarya Universiteti və Sakarya Sakarya Tətbiqi Elmlər Universitetinin rəhbərliyi, müəllim-tələbə heyəti, yerli dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

 

Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkələrimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Sakarya Universiteti nəzdindəki Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Tələbələr Cəmiyyətinin sədri Sahib Həşimov iki il öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın və türk dünyasının həmrəyliyi sayəsində parlaq qələbə qazanıldığını xatırladıb. Bu möhtəşəm bayram münasibətilə xalqımızı və türk dünyasını təbrik edib.

 

Vətən müharibəsi və post-müharibə dövründə rəsmi Ankaranın beynəlxalq arenada Azərbaycana göstərdiyi dəstək iki qardaş ölkə arasında münasibətlərin tarixi zirvəsi adlandırılıb. Cəmiyyət sədri heç bir qarşılıq gözləmədən göstərdiyimiz birlik və bərabərliyin bütün ölkələrə nümunə olmasını arzulayıb.

 

Tədbirdə çıxış edən Qarabağ qazisi Cəsurxan Hüseynli və başqaları Qarabağdakı qələbənin tarixi əhəmiyyətindən, Azərbaycan əsgərlərinin keçdiyi döyüş yolundan danışıblar.

 

Bədii hissədə Azərbaycan mahnıları və milli rəqsləri təqdim edilib, ölkəmizi vəsf edən şeirlər səsləndirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər