Rotterdamda Vətən müharibəsi şəhidləri yad edilib

27 sentyabr, 2022

Rotterdamda Vətən müharibəsi şəhidləri yad edilib

Niderlandın Rotterdam şəhərində 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

 Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Qarabağ” idman klubunun  ofisində baş tutan tədbirdə Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Ardınca Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin səri Elsevər Məmmədov və başqaları Ermənistanın ölkəmizə qarşı başlatdığı hərbi təcavüzə iki il öncə Silahlı Qüvvələrimizin 44 gün ərzində sarsıdıcı cavab verməsindən, bu parlaq qələbədən böyük qürur hissi keçirdiklərindən söz açıblar. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli hərbçilərimizin Azərbaycan bayrağını yenidən işğaldan azad edilmiş torpaqlarımızda ucaltması tarixi ədalətin bərpası kimi qiymətləndirilib.

Şəhidlərimizin heç bir zaman unudulmayacağı bir daha vurğulanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər