Praqada 20 Yanvar faciəsi ilə bağlı aksiya-sərgi təşkil edilib

20 yanvar, 2023

Praqada 20 Yanvar faciəsi ilə bağlı aksiya-sərgi təşkil edilib

Çexiyanın paytaxtı Praqanın Vatslav meydanında 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar sərgi-aksiya keçirilib.

“Elson Grand” təşkilatının üzvü, Azərbaycan diasporunun fəalı Fərid Əmirəliyevin  təşkilatçılığı ilə baş tutan sərgi-aksiyada 33 il öncə SSRİ-nin hərbi-siyasi rəhbərliyinin yerli və beynəlxalq hüquq normalarını pozan göstərişi ilə sovet qoşun hissələrinin Bakıda dinc sakinlərə qarşı törətdiyi kütləvi qırğını əks etdirən fotomateriallar nümayiş etdirilib.

Həzin Azərbaycan musiqisinin səsləndirilməsi ilə müşayiət olunan sərgi-aksiya şəhər sakinlərinin diqqətini cəlb edib.

Azərbaycan icmasının fəalları sərgi-aksiya ilə maraqlanan şəhər sakinlərinə ölkəmizin müasir tarixinin qanlı, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar hadisələri barədə ətraflı məlumat veriblər. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər