Orenburq şəhərində həftəsonu Azərbaycan məktəbi açılıb

22 noyabr, 2022

Orenburq şəhərində həftəsonu Azərbaycan məktəbi açılıb

Rusiyanın Orenburq şəhərində Azərbaycan dilinin öyrənilməsi məqsədilə həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb.

Orenburq Vilayətindəki Azərbaycan diasporunun rəhbəri İlkin Kərimovun və onun müavini Rövşən Səfərovun təşkilatçılığı ilə yaradılan məktəbdə artıq ilk dərs keçirilib.

İlkin Kərimov bildirib ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə doğma dilimizin tədrisi, həftəsonu Azərbaycan məktəblərinin yaradılması barədə səsləndirdiyi tövsiyələrə uyğun olaraq atılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər