Münhendəki gənclərimiz Azərbaycan Evində bir araya gəliblər

30 noyabr, 2022

Münhendəki gənclərimiz Azərbaycan Evində bir araya gəliblər

Münhen şəhərində yerləşən Azərbaycan Evində Münhen Gənclər Təşkilatının ilin yekunlarına həsr olunmuş toplantısı keçirilib.

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himni ilə açıq elan edilib.

Toplantıda çıxış edən təşkilat rəhbərləri Taleh Babayev və Bəhruz Niftəliyev il ərzində görülən işlər barədə hesabatla çıxış ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor quruculuğunda mühüm rol oynayan layihələrindən biri – Diaspor Gənclərinin Şuşada təşkil olunmuş III Yay Düşərgəsi barədə xoş təsərrüatlarını bölüşüblər. “Şuşa İli” çərçivəsində Komitənin mədəniyyət paytaxtımıza təşkil etdiyi səfərdə Münhen şəhərində yaşayan bir qrup gəncin də iştirak etdiyi məmnunluqla qeyd olunub.

Toplantı iştirakçılarına 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu barədə məlumat verilib, gələn il keçiriləcək tədbirlərin planı müzakirə edilib.

Tədbir intellektual və əyləncəli oyunlarla davam edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər