Manisada “Savaşa dur de!” şüarı ilə aksiya təşkil edilib

28 sentyabr, 2022

Manisada “Savaşa dur de!” şüarı ilə aksiya təşkil edilib

Türkiyənin Manisa vilayətində 27 sentyabr - Anım Günü ilə əlaqədar “Savaşa dur de! Bayrağını da al gəl” şüarı altında məlumatlandırıcı aksiya keçirilib.

Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı, Manisa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə şəhərin “15 İyul Demokratiya Meydanı”nda baş tutan aksiyada yerli dövlət orqanlarının rəsmiləri, siyasi partiyaların, QHT-lərin nümayəndələri, tələbələr, yerli sakinlər və media təmsilçiləri iştirak ediblər.

Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan aksiyada çıxış edən dərnəyin rəhbəri Şentürk Hoşgül bildirib ki, 27 sentyabr tarixi Azərbaycan və türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın ərazi bütövlüyünün bölgədə sülhün və qalıcı sabitliyin təmin edilməsi naminə bütün türk dünyasının əvəzsiz şərti olduğu nəzərə çatdırılıb. 

“Ermənistanın işğalçı dövlət olması Birləşmiş Millətlər Təşkilatının qətnamələri ilə açıq-aydın ortadadır. Azərbaycan bu müharibədən sonra imzalanan razılaşmanın şərtlərinə əməl edir. Bunun qarşılığında Ermənistan hakimiyyəti tərəfindən törədilən təxribatlar qəbuledilməzdir”, - deyə Ş.Hoşgül bildirib. 

Dərnək rəhbər erməni xalqını hər fürsətdə Azərbaycan torpaqlarına qarşı təxribatlar törədərək yeni müharibə həvəsinə düşən rəsmi İrəvana etiraz etməyə çağırıb: “Müharibəyə dur deyin! Unutmayın ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu hər şəraitdə öz ərazi bütövlüyünü qorumağa qadirdir”. 

Tədbirdə “Qarabağ Azərbaycandır!” və digər şüarlar səsləndirilib. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər