Koreyadakı icmamız Azərbaycan həqiqətlərinin təbliğini gücləndirmək niyyətindədir

23 sentyabr, 2022

Koreyadakı icmamız Azərbaycan həqiqətlərinin təbliğini gücləndirmək niyyətindədir

Koreya Respublikasında fəaliyyət göstərən Azərbaycan icması üzvlərinin ölkəmizin həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması ilə əlaqədar toplantısı keçirilib.

 

“Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının (AKDA) ofisində keçirilən toplantıda öncə Ermənistanın son təxribatı nəticəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra Azərbaycan həqiqətlərinin – təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində minaların basdırılması, sülh müqaviləsinin imzalanması prosesinə hər vəchlə zərbələr vurması, Qarabağda və İrəvanda mədəni irsimizin dağıdılması və sair məsələlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması, sosial şəbəkələrdə fəaliyyətin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.  

 

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı diaspor sahəsində indiyədək gerçəkləşdirilən layihələr barədə ətraflı məlumat verib. “Buta” AKDA-nın Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, ölkəmizin tanıdılması istiqamətində fəaliyyəti barədə müzakirələr aparılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər