İsveç azərbaycanlıları terror aktını pisləyiblər

28 yanvar, 2023

İsveç azərbaycanlıları terror aktını pisləyiblər

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş silahlı hücum İsveç Krallığında yaşayan soydaşlarımızda hiddət doğurub.

“Azərbaycan Naminə” Cəmiyyətinin, Stokholmdakı “Qarabağ” Azərbaycan Mədəniyyət Mərkəzinin, “Qobustan” İsveç Aydınlar Ocağının və “SAF” İsveç-Azərbaycan Mədəniyyət Mərkəzinin yaydıqları bəyanatlarda diplomatik missiyamızın təhlükəsizlik xidməti rəisinin qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktına görə dərin narahatlıq ifadə edilib.

Azərbaycan əsilli isveçlilər İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görülməsinin önəmini nəzərə çatdırıblar.

İran İslam Respublikasının Azərbaycana münasibətdə Ermənistanla eyni mövqedən çıxış etməsini sərt şəkildə qınayan soydaşlarımız İsveç və beynəlxalq ictimaiyyəti regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə ədalətli mövqe tutmağa çağırıblar.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər