İsrailli baş redaktor Azərbaycanın Zəngəzur dəhlizi problemini də həll edəcəyinə inamını ifadə edib

23 sentyabr, 2022

İsrailli baş redaktor Azərbaycanın Zəngəzur dəhlizi problemini də həll edəcəyinə inamını ifadə edib

İsrailin https://aziznews.com xəbər saytında “Zəngəzur: “çıxılmazlıq nöqtəsi”? Amma istənilən çıxılmaz vəziyyətdən çıxış yolu var və Azərbaycan onu tapmağı öyrənib” sərlövhəli məqalə yerləşdirilib.

 

“Aziznews.ru” saytının baş redaktoru Yuri Boçarovun qələmə aldığı məqalədə bildirilib ki, Azərbaycan lideri İlham Əliyev ölkə üçün çətin, lakin taleyüklü qərar qəbul edərək, xalqın dəstəyi ilə iki il öncə 44 günlük qurtuluş savaşına başlamasaydı, Azərbaycan torpaqları hələ də Ermənistanın işğalı altında qala bilərdi: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu erməni hərbi maşınını darmadağın edərək, demək olar ki, Azərbaycan torpaqlarını tamamilə azad etdi”.

 

Nəzərə çatdırılıb ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunmasına əsas maneə məhz Zəngəzur dəhlizidir və bu dəhlizin yalnız adının çəkilməsi İrəvanda şiddətli müqavimətə səbəb olur: “Ermənistan sülh müqaviləsinin, demək olar ki, bütün bəndlərini bloklamaqla özünün məğlubiyyətini yaddaşlardan silməyə çalışır. Paşinyan isə, ümumiyyətlə, Zəngəzur dəhlizinin yaradılması imkanını inkar edir, halbuki bununla bağlı eks-ərazi statusu olaraq razılıq əldə olunub”.

 

Müəllif istisna etməyib ki, Azərbaycan onsuz da həyata keçirilməyən “sülh müqaviləsi”ni birtərəfli qaydada poza və torpaqlarını azad etmək problemini həll etdiyi kimi, Zəngəzur problemini də çözə bilər. “Heç kim onu ​​mühakimə etməyəcək. “Qınayanlar” isə onsuz da respublikanın əleyhinədirlər. Ona görə də, ümumiyyətlə, onlara diqqət yetirməyə dəyərmi?”, - deyə baş redaktor sual edib.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

https://aziznews.com/zangezurskij-tupik-no-iz-lyubogo-tupika-est-vyhod-i-v-azerbajdzhana-nauchilis-ego-nahodit/

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər