İsraildəki diasporumuz Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib

9 yanvar, 2023

İsraildəki diasporumuz Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib

Gürcüstana işgüzar səfər çərçivəsində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvləri və fəalları müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Tbilisi şəhərindəki büstünü ziyarət ediblər.

Ziyarət zamanı xalqımızın ümummilli liderinin əziz xatirəsi ehtiramla yad edilib, abidənin önünə gül dəstələri düzülüb.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak bildirib ki, “Heydər Əliyev İli”ndə baş tutan bu ziyarət Azərbaycandan olan israilli mühacirlər üçün xüsusilə təsirli məqam idi: “Çünki İsrail ilə Azərbaycan, yəhudi və Azərbaycan xalqları arasında əməkdaşlığın və qarşılıqlı dostluğun əsasını məhz qüdrətli şəxsiyyət, müdrik strateq və uzaqgörən siyasətçi Heydər Əliyev qoyub”.

Qeyd edək ki, Heydər Əliyevin büstü 2007-ci il 12 may tarixində Tbilisinin tarixi məhəllələrindən biri olan Abanostubanidə yerləşən Heydər Əliyev parkında ucaldılıb. Azərbaycanın xalq rəssamı, heykəltəraş Natiq Əliyevin hazırladığı qranit büst və postamentin hündürlüyü dörd metrdir. 2004-cü ildə Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı bu parka ulu öndərin adı verilib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər