İsraildə faşizm qurbanları və Vətən müharibəsi şəhidləri yad edilib

22 sentyabr, 2022

İsraildə faşizm qurbanları və Vətən müharibəsi şəhidləri yad edilib

İsrailin Ariel şəhərində Yəhudi Antifaşist Komitəsi qurbanlarına və Azərbaycanın Vətən müharibəsi şəhidlərinə həsr olunmuş anım mərasimi keçirilib.

 

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı və Ariel şəhər bələdiyyəsinin dəstəyi ilə baş tutan tədbir faşizm qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda, eləcə də ölkə sərhədində Ermənistanın son təxribatı nəticəsində  həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbirdə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman, keçmiş bakılılar Lev Kriçevski və Ada Paşayeva çıxış ediblər. Bildirilib ki, II Dünya müharibəsi bəşəriyyətin ən yeni tarixində silinməz izlər buraxıb, lakin müharibələr bununla sona çatmayıb. Təəssülə qeyd edilib ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsi iki il öncə başa çatsa da, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində törətdiyi son təxribat nəticəsində yenidən onlarla azərbaycanlı hərbçi həlak olub.

 

İsraildəki müxtəlif icmaları təmsil edən tədbir iştirakçıları Cənubi Qafqazda baş verən faciəli təxribatlardan sarsıldıqlarını vurğulayıblar.

 

Tədbir iştirakçılarına son toqquşmalar zamanı həlak olmuş azərbaycanlı zabit və əsgərlərin şəkillərini və adlarını əks etdirən bukletlər paylanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər