İordaniyada şəhidlərimiz yad edilib

24 sentyabr, 2022

İordaniyada şəhidlərimiz yad edilib

İordaniyada yaşayan Azərbaycan icması ölkəmizin sərhədində Ermənistanın törətdiyi genişmiqyaslı təxribat nəticəsində həlak olmuş hərbçilərimizin anım mərasimini keçirib.

Mərasimdə Azərbaycan, Türkiyə, İordaniya və İraq icmalarını təmsil edən xanımlar iştirak ediblər. Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı uğrunda qəhrəmanlıqla həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.  

Bildirilib ki, Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan sülh danışıqlarının vacib mərhələsində Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti dəfə müharibə cinayətinə əl atıb. Şəhid ailələrinə dərin hüznlə başsağlığı verən mərasim iştirakçıları bölgədə sülhün bərqərar olmasını istəyən Azərbaycan dövlətini dəstəklədiklərini vurğulayıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər