Həştərxandakı “Azərbaycan” təşkilatının 20 illik yubileyi qeyd edilib

2 dekabr, 2022

Həştərxandakı “Azərbaycan” təşkilatının 20 illik yubileyi qeyd edilib

Rusiyanın Həştərxan şəhərində “Azərbaycan” milli mədəniyyət regional ictimai təşkilatının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə Həştərxan vilayət Dumasının sədri İqor Martınov, vilayətin qubernatoru yanında Daxili Siyasət İdarəsi rəisinin birinci müavini Andrey Sızranov, Həştərxan vilayətinin mədəniyyət və turizm nazirinin müavini Qalina Zoteyeva, Həştərxan şəhər bələdiyyəsinin rəhbəri Oleq Polumordvinov, şəhər Dumasının sədri İqor Sedov, Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunun direktoru Olqa Kartaşova və müxtəlif icmaların rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan” təşkilatının rəhbəri Vahid Rəhimov qonaqları salamlayıb.

Tədbirdə çıxış edən rəsmilər və başqaları “Azərbaycan” regional təşkilatının üzvlərini və onun rəhbəri Vahid Rəhimovu yubiley münasibətilə təbrik ediblər. Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirən natiqlər Həştərxan vilayətinin və şəhərinin rifahı naminə 20 il ərzində aparılan səmərəli  mədəni-maarifçilik və xeyriyyəçilik fəaliyyətinə, sosial əhəmiyyətli layihələrin həyata keçirilməsində, rayonun ictimai həyatında fəal iştirakına, bir çox problemlərin və məsələlərin həllinə yardım göstərdiyinə görə soydaşlarımıza minnətdarlıqlarını bildiriblər.  

Müxtəlif dövlət orqanlarının adından “Azərbaycan” təşkilatının rəhbəri Vahid Rəhimova “Vətəndaş xidmətlərinə görə” fəxri döş nişanı, diaspor fəallarına isə “Həştərxan vilayəti qarşısında xidmətlərə görə” medalı və təşəkkürnamələr təqdim edilib.

Diasporla İş üzrə Dövlət Komitəsi Həştərxandakı soydaşlarımızı bu əlamətdar hadisə münasibətilə təbrik edir, vətənimiz Azərbaycanın adını daşıyan təşkilatın bundan sonrakı fəaliyyətində də davamlı uğurlar qazanmasını, Həştərxan vilayətində hər zaman nüfuzu ilə seçilməsini arzulayır.   

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər