Fransa mətbuatında tanınmış cazmen Etibar Əsədlinin Parisdəki konsertindən bəhs edilib

6 dekabr, 2022

Fransa mətbuatında tanınmış cazmen Etibar Əsədlinin Parisdəki konsertindən bəhs edilib

Fransanın https://www.lagazetteaz.fr xəbər saytında “Azərbaycan etno-cazı Parisdə təqdim olunub” sərlövhəli məlumat yayımlanıb.

Xəbərdə deyilir ki, Azərbaycanın ən istedadlı cazmenlərindən, pianoçu-bəstəkarlarından biri olan Etibar Əsədli “Muğam” adlı yeni albomunu təqdim etmək üçün məşhur “Baiser Salé” caz klubunda çıxış edib.

Əsədlinin öz triosu ilə çıxış etdiyi, bu qrupa Kris Cenninqs (kontrabas) və İohan Şmidt (zərb alətləri) kimi musiqiçilərin də daxil olduğu bildirilib. “Muğam” albomunda ənənəvi Azərbaycan kompozisiyalarının caz ritmlərində təqdim edildiyi, etno-caz gecəsinin yer üzündə müharibələr əleyhinə, sülh naminə həmrəyliyə həsr olunduğu nəzərə çatdırılıb.

Akustik və elektron səslərinin birləşdirildiyi caz-muğamı təqdim edən tanınmış musiqiçinin beynəlxalq müsabiqələrin qalibi olduğu, Azərbaycan, İsveçrə, Fransa, Böyük Britaniya, Türkiyə, Ukrayna və Bolqarıstanda keçirilən müxtəlif caz festivallarının səhnlərində solo, trio və kvartetlə çıxış etdiyi vurğulanıb.

Həmyerlimizin 23 yaşında olarkən – 2015-ci ildə Parisə köçdüyünə və karyerasını Fransa paytaxtında davam etdirdiyinə diqqət cəlb edilib. 

Məlumatı ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.lagazetteaz.fr/news/culture/10260.html

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər