Diasporumuz argentinalı senatorlara müraciət edib

23 sentyabr, 2022

Diasporumuz argentinalı senatorlara müraciət edib

Argentinanın San Juan şəhərində yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə Argentina Senatına müraciət edib.

 

Azərbaycan icmasının fəalı, Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayının iştirakçısı Kənan Həsənovun adından argentinalı senatorlara ünvanlanan müraciətdə 12-13 sentyabr 2022-ci ildə törədilən təcavüz barədə ətraflı məlumat verilib.

 

Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayan diaspor fəalı qeyd edib ki, Argentinadakı azərbaycanlılar beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış duruma görə dərin narahatlıq hissi keçirirlər. Çünki Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan sülh danışıqları prosesinə məhz Ermənistan hər vəchlə mane olmağa çalışır. Azərbaycan isə hərbi qarşıdurmalarda və vəziyyətin gərginləşməsində maraqlı olan Ermənistandan fərqli olaraq, Cənubi Qafqaz regionunda möhkəm sülhün bərqərar olmasını, erməni işğalından azad edilmiş ərazilərdə normal həyata qayıdışın təmin edilməsini istəyir.

 

Soydaşlarımız senatorları və beynəlxalq təşkilatları Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrəvana təzyiqləri gücləndirməyə və əməli addımlar atmağa çağırıblar.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər