Britaniyadakı icmamız beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın İrandakı Səfirliyinə hücuma yönəldib
28 yanvar, 2023
Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycanlıların Koordinasiya Şurası ölkəmizin İrandakı Səfirliyinə silahlı hücumla bağlı Britaniya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edib.
Britaniyadakı azərbaycanlılar adından yayılmış bəyanatda bildiririb ki, Azərbaycan Səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və iki əməkdaşın yaralanması ilə nəticələnən qanlı insident bütün soydaşlarımızı narahat edib.
Bu terror aktının İranın xüsusi xidmət orqanları tərəfindən təşkil olunmasına şübhə etmədiklərini vurğulayan soydaşlarımız diqqəti İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmamasına, İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətməsinə cəlb edib.
Britaniya Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq ictimaiyyəti ədalətli mövqe tutmağa, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.
Digər xəbərlər