Braziliyalı jurnalist Ermənistanın sülh danışıqlarından yayınma cəhdlərini pisləyib

3 oktyabr, 2022

Braziliyalı jurnalist Ermənistanın sülh danışıqlarından yayınma cəhdlərini pisləyib

Gürcüstanın https://24news.ge xəbər saytı Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Fabiana Ceyhan Keyros Mendesin təcavüzkar Ermənistanın son təxribatlarına münasibətini işıqlandırıb.

 

Fabiana Ceyhan bildirib ki, Azərbaycan əraziləri Ermənistanın işğalından azad edildikdən sonra Qarabağa səfər edən ilk braziliyalı jurnalist olub: “Öz baxışım və təcrübəmlə deyə bilərəm ki, bu ərazi Azərbaycanın bir hissəsidir və BMT Təhlükəsizlik Şurası tərəfindən də tanınıb. Bu ərazilərdən Bakıya mənim kimi maşınla gedəndə asanlıqla başa düşürsən ki, bu torpaq coğrafi mövqeyinə görə də Azərbaycana məxsusdur”.

 

Müsahibədə Ermənistanın törətdiyi vandallıq aktlarına diqqət cəlb edilib: “Dağlıq Qarabağda bəzi ərazilər var idi ki, biz orada ancaq xarabalıqlar və minalar gördük. Orada heç kim yaşamırdı, sadəcə, torpaqları minalayıb boş saxlayırdılar. Heç bir irəliləyiş və investisiya olmadan minalar yerləşdirilirdi. Mən bütün bunların canlı şahidi olmuşam”.

 

Jurnalistin fikrincə, Ermənistan son təxribatları yenidən sülh danışıqlarından yayınmaq məqsədi güdürdü: “Əlbəttə, bu məqsədyönlü idi, lakin Azərbaycan hökumətinin uzaqgörən siyasəti nəticəsində yenidən atəşkəs imzalandı. Düşünürəm ki, Ermənistan hökuməti və erməni xalqı regionda sülh istəyirsə, BMT-nin qəbul etdiyi qətnamələr əsasında hərəkət etməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.

 

Fabiana Ceyhan qeyd edib ki, dünyada gedən siyasi proseslər baxımından da heç bir addım Ermənistanın xeyrinə deyil və rəsmi İrəvan regional irimiqyaslı layihələrdən yararlanmaq üçün indiki şansı qaçırmamalıdır: “Düşünürəm ki, bu şansı bu gün onlar əldən versələr, tarixdə böyük səhvə yol vermiş olacaqlar. Ermənilər sülh prosesinə imza atıb, dinc yolla getməlidirlər. Çünki Qarabağ Azərbaycandır!"

 

Müsahibəni aşağıdakı linkdən oxumaq mümkündür:

 

https://24news.ge/read/id/75233

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər