Barselonadakı icmamız Tehrandakı Səfirliyimizə silahlı hücumu pisləyib
28 yanvar, 2023
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücum Barselonadakı Azərbaycan icmasını hiddətləndirib.
Barselona Azərbaycanlıları Cəmiyyətinin, Barselona Azərbaycan Evinin yaydığı bəyanatda ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib.
Son vaxtlar İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətməsindən dərin narahatlıq ifadə edən həmvətənlərimiz beynəlxalq ictimaiyyəti ədalətli mövqe tutmağa, regionda sabitliyi pozmağa yönəlmiş cinayət törədənlərin dərhal məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.
Digər xəbərlər