Azərbaycanlı boksçu Rusiya çempionu titulunu qazanıb

24 sentyabr, 2022

Azərbaycanlı boksçu Rusiya çempionu titulunu qazanıb

Rusiyanın Kursk vilayətində yaşayan azərbaycanlı idmançı Orxan Hacıyev peşəkarlar arasında boks üzrə Rusiya çempionu olub.

Moskvadakı turnir zamanı 76,2 kiloqrama qədər çəki dərəcəsində mübarizə aparan soydaşımız finalda erməni rəqibi Gennadi Martirosyanla qarşılaşıb və onun üzərində vaxtından əvvəl qələbə qazanıb. 

10 raunddan ibarət qarşılaşma 3-cü raundda başa çatıb. Azərbaycanlı boksçu rəqibini texniki nokauta salıb.

İdmançımıza güclü azərkeş dəstəyi göstərən Moskvadakı və Kurskdakı Azərbaycan icması bu triumfu böyük coşğu və sevinclə qarşılayıb.  

Diasporla İş üzrə Dövlət Komitəsi soydaşımızı parlaq qələbə münasibətilə təbrik edir, bundan sonrakı yarışlarda da davamlı uğurlar qazanmağı arzulayır. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər