Haaqada şəhid hərbçilərimizin anım mərasimi olub

19 sentyabr, 2022

Haaqada şəhid hərbçilərimizin anım mərasimi olub

Niderlandın Haaqa şəhərində ölkəmizin sərhədində Ermənistan silahlı qüvvələrinin  genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin anım mərasimi keçirilib. 

 

Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin ofisində baş tutan tədbirdə Azərbaycan və türk icmalarının fəalları iştirak ediblər.

 

Mərasim ölkəmizin ərazi bütövlüyünün qorunması və sərhədlərinin toxunulmazlığı uğrunda həlak olmuş hərbçilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və onların ruhuna Qurani-Kərim oxunması ilə başlayıb.

 

Tədbirdə çıxış edənlər Ermənistanın xain hücumunu sərt şəkildə pisləyərək, şəhid ailələrinə, Azərbaycan dövlətinə və xalqımıza dərin hüznlə başsağlığı veriblər. Bildirilib ki, bölgədə sülhə nail olmaq istəyən, işğaldan azad edilmiş ərazilərə normal həyatın qaytarılması istiqamətində ciddi səylər göstərən Azərbaycan dövlətindən fərqli olaraq qəsbkar Ermənistan sülh müqaviləsinin imzalanmasında qətiyyən maraqlı deyil. Buna görə də hərbi qarşıdurmalar vasitəsilə regionda vəziyyətin gərginləşməsini istəyən qüvvələrin alətinə çevrilib. Hər iki tərəfdən çoxsaylı insan itkisi ilə müşayiət olunan son təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü nəzərə çatdırılıb.

 

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər