Hyustondakı icmamız ABŞ Konqresini spiker Nensi Pelosinin yolverilməz davranışı barədə tədbirlər görməyə çağırıb

22 sentyabr, 2022

Hyustondakı icmamız ABŞ Konqresini spiker Nensi Pelosinin yolverilməz davranışı barədə tədbirlər görməyə çağırıb

ABŞ-ın https://texas.statenews.net xəbər saytında Texas ştatında yaşayan Azərbaycan icmasının ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin qərəzli mövqeyi ilə bağlı amerikalı siyasətçilərə müraciət etdiyi barədə məlumat yerləşdirilib.

 

“Amerika-Azərbaycan İnteqrasiya Mərkəzi”nin rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Samir Novruzovun adından yayılan bəyanatda bildirilib ki, Nensi Pelosinin 18 sentyabr 2022-ci il tarixli İrəvana səfəri zamanı Ermənistanın ölkəmizin dövlət sərhədində törətdiyi son təxribatları təhrif edən bəyanat verməsi dərin təəssüf doğurur. Qeyd edilib ki, spikerin Cənubi Qafqaz bölgəsində möhkəm sülhün bərpası istiqamətində ciddi və güclü səylər göstərən, erməni işğalından azad edilmiş ərazlərində genişmiqyaslı quruculuq işləri həyata keçirən Azərbaycanın ünvanına əsassız və haqsız ittihamlar irəli sürməsi yolverilməzdir.

 

Azərbaycan torpaqlarının uzun illər ərzində işğalda qalmasına, qəsbkar Ermənistanın xalqımıza qarşı misli görünməmiş qəddarlıqla soyqırımlar, etnik təmizləmə siyasəti və vandallıq aktları törətməsinə susan Nensi Pelosinin və onu dəstəkləyən konqresmenlərin qərəzli ermənipərəst davranışı “insan hüuqlarının və ədalətin müdafiəsini ehtiva edən demokratik pripsiplərə zidd hərəkət” kimi qiymətləndirilib.  

 

İcmamız ABŞ Konqresini Ermənistan və Azərbaycan arasında yeni münaqişələrin qızışdırılmasına yönələn səylərinə görə Nensi Pelosinin davranışına qarşı tədbirlər görməyə çağırıb.

 

Məlumatı ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

https://texas.statenews.net/newsr/15782

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər