Avstriya azərbaycanlıları İran və Ermənistanın qanunsuz əməllərinə diqqəti cəlb ediblər

28 yanvar, 2023

Avstriya azərbaycanlıları İran və Ermənistanın qanunsuz əməllərinə diqqəti cəlb ediblər

Avstriyada fəaliyyət göstən Azərbaycan icması ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən xain silahlı hücumü hiddətlə pisləyib.

Azərbaycan Akademik Birliyi, Avstriya Azərbaycanlıları Cəmiyyəti və Zalsburq Azərbaycan Evinin yaydıqları bəyanatlarda İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmamasından dərin narahatlıq ifadə edilib.

Son vaxtlar İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətdiyinə, 27 İran vətəndaşının Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlər üçün Qarabağ ərazisindəki erməni separatçılarının yanına keçdiyinə diqqət cəlb edilib.

Beynəlxalq ictimaiyyətdən ədalətli mövqe nümayiş etdirmək, regionda sabitlik əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmaq tələb olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər