Antalya şəhərində Vətən müharibəsi şəhidləri anılıb

3 oktyabr, 2022

Antalya şəhərində Vətən müharibəsi şəhidləri anılıb

Türkiyənin Antalya şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Şəhidləri Anma Günü” adlı tədbir keçirilib.

 

Antalya-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirə müxtəlif dərnəklərin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Akdəniz Universitetinin azərbaycanlı tələbələri və Antalyada yaşayan soydaşlarımız qatılıblar.

 

İki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca şəhidlərimizin ruhuna dualar oxunub.

 

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatmasını tarixi ədalət adlandırıb, Vətən müharibəsi şəhidlərinin qəhrəmanlıqlarının heç bir zaman unudulmayacağını ifadə ediblər. Təcavüzkar Ermənistandan fəqrli olaraq, Azərbaycanın və Türkiyənin Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün təmin olunması istuqamətində ciddi səylər göstərdiyinə diqqət cəlb olunub. 

 

Tədbir çərçivəsində Vətən müharibəsinə həsr olunmuş foto və kitab sərgisi təşkil edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər