Ontario parlamentinin önündə Azərbaycan bayrağı ucaldılıb

10 noyabr, 2022

Ontario parlamentinin önündə Azərbaycan bayrağı ucaldılıb

Kanadanın Ontario Qanunvericilik Məclisinin (Legislative Assembly of Ontario) önündə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın üçrəngli bayrağının qaldırılma mərasimi keçirilib.

 

Mərasim Ontario vilayətinin paytaxtı Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

 

Qeyd edək ki, Ontario Qanunvericilik Məclisinin önündə Azərbaycan bayrağının qaldırılması Kanada tarixində ilk dəfə baş verib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər